“Expressbank” manatla nağd pul krediti təklif edir

“Expressbank” manatla nağd pul krediti təklif edir
# 13 aprel 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müştərilər “Expressbank” filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 ay ola bilər.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR