Astarada piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Astarada piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb
# 25 noyabr 2016 14:49 (UTC +04:00)

Astara rayonunda ağır yol qəzası baş vurub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.10 radələrində Ələt-Astara magistralının rayonun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum minik avtomobili yolda hərəkət edən 1964-cü il təvəllüdlü kənd sakini Həlibə Mehdi qızı Quliyevanı vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. H. Quliyeva orada vəfat edib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istintaqdan yayınan sürücünün tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR