Bank Of Baku

DÇ-26: İspaniya yarımfinala yüksəlib

DÇ-26: İspaniya yarımfinala yüksəlib
# 11 iyul 2026 01:00 (UTC +04:00)

2026-cı il dünya çempionatında 1/4 final mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, turun ikinci oyun gününə Los Ancelesdə start verilib.

İspaniya millisi Belçika ilə üz-üzə gəlib.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oyunda hesab 30-cu dəqiqədə açılıb. Fabian Ruiz dəqiq zərbəylə İspaniya millisini hesabda önə keçirib.

10 dəqiqə sonra Belçika hesabı bərabərləşdirib. 40-cı dəqiqədə De Ketelare başla dəqiq oynayıb: 1:1.

88-ci dəqiqədə İspaniya yenidən hesabda önə keçib. Bu dəfə Merino fərqlənib.

Görüş bu hesabla başa çatıb: 2:1.

İspanlar bu nəticədən sonra adını yarımfinala yazdırıb.

İspaniya yarımfinalda Fransa millisi ilə qarşılaşacaq.

DÇ-2026
1/4 final
10 iyul
23:00. İspaniya - Belçika 2:1

Qol: F. Ruiz, 30, De Ketelare, 40, M. Merino, 88

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Baena, Oyarzabal

Belçika: Kurtua, De Kuyper, Meçele, Nqoy, Kastan, Raskin, Vanaken, Doku, De Bruyne, Trossard, De Ketelare

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR