Bank Of Baku

FİFA-nın yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlər müəyyənləşib

FİFA-nın yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlər müəyyənləşib
# 04 dekabr 2024 16:08 (UTC +04:00)

FİFA-nın 2025-ci ildə yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlərin tərkibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, püşkatma mərasimi sabah Mayami şəhərində keçiriləcək.

Mundialda 32 klub yarışacaq. Hərəsində 4 komanda olmaqla, kollektivlər 8 qrupa bölünəcəklər.

İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək DÇ iyunun 15-dən iyulun 15-dək ABŞ-də təşkil olunacaq.

Klublararası dünya çempionatı-2025:

1-ci səbət: "Mançester Siti", "Real" (Madrid, "Bayern" (Münhen), PSJ, "Flamenqu", "Palmeyras", "River Pleyt", "Fluminense";

2-ci səbət: "Çelsi", "Borussiya" (Dortmund), "İnter" (Milan), "Portu", "Atletiko" (Madrid), "Benfika", "Yuventus", "Zalsburq";

3-cü səbət: "Əl Hilal", "Ulsan", "Əl Əhli", "Raja Kasablanka", "Monterrey", "Leon", "Boka Xunyors", "Botafoqo";

4-cü səbət: "Urava", "Əl Əyn", "Tunis", "Mamelodi", "Paçuka", "Syetl Sounders", "Oklənd Siti", "İnter Mayami"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR