Ağ ev: Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalardan daha çox zərər çəkir

Ağ ev: Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalardan daha çox zərər çəkir
# 08 iyun 2015 08:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi Coş Ernest bəyan edib.

Almaniyada G7 sammitində çıxış edən C. Ernest bildirib ki, Avropa İttifaqının bəzi ölkələrinin iqtisadiyyatı Rusiya iqtisadiyyatına daha çox bağlıdır.

Ukrayna məsələsinə gəldikdə isə C. Ernest qeyd edib ki, ABŞ Kiyevi hücum silahlarını satmaq fikrində deyil. Onun sözlərinə görə, əlavə silah təchizatı Ukraynadakı vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR