İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər"in İsmail Kartalla müqaviləsi bir illik nəzərdə tutulub.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl iki dəfə “Fənərbaxça”nı çalışdırıb.