Bank Of Baku

“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
# 16 noyabr 2026 19:12 (UTC +04:00)

Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər qarşılaşmanı 2, 3, 5, 10 və 20 manat ödəməklə stadiondan izləyə biləcəklər.

Biletləri iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR