Bank Of Baku

Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür

Almaniyalı məşqçi Yurgen Klopp

© APA | Almaniyalı məşqçi Yurgen Klopp

# 14 iyun 2026 04:38 (UTC +04:00)

Almaniyalı məşqçi Yurgen Klopp 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələrini tənqid edib.

ESPN-in məlumatına görə, Klopp fasilələrin futbolçuların deyil, sponsorların maraqlarına xidmət etdiyini bildirib.

Qaydalara əsasən, hava temperaturu 30 dərəcədən yuxarı olduqda matçlarda su fasilələri verilməlidir. Lakin dünya çempionatında bu fasilələr hava şəraitindən asılı olmayaraq hər hissədə tətbiq olunur.

“Futbol kondisionerli ofislərdə oturan rəhbərlərin girovuna çevrilib. Su fasilələri oyunçuların rifahı naminə təqdim olunurmuş kimi göstərilir. Əslində isə onlar sponsorlar üçün yaradılmış qızıl qəfəsdir”, - deyə Klopp vurğulayıb.

Onun sözlərinə görə, futbol əvvəllər əsas hadisə idi, indi isə reklam şousunun fon musiqisinə çevrilmək riski ilə üz-üzədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR