Siyəzənin Sədan kəndində sürüşmə nəticəsində 50 evdə çat əmələ gəlib

Siyəzənin Sədan kəndində sürüşmə nəticəsində 50 evdə çat əmələ gəlib
# 11 dekabr 2017 07:03 (UTC +04:00)

“Siyəzənin Sədan kəndində sürüşmənin aktivləşməsi nəticəsində çat yaranan evlərin sayı 50-yə çatıb”.

Bunu APA-ya Rayon İcra Hakimiyyətinin Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Zeynalov deyib. Onun sözlərinə görə, müvafiq qurumlar evlərə baxış keçirib, 3 evin tikintisi barədə qərar qəbul olunub. Hazırda Fövqəladə Hallar Nazirliyi tikinti işlərini davam etdirilir.

İcra nümayəndəsinin sözlərinə görə, həmin evlər yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.

F. Zeynalov 2012-ci ildə sürüşmə zolağında 27 evin olduğunu, proses aktivləşdikcə bu evlərin sayının 50-yə çatdığını bildirib. O, çatlar əmələ gələn digər evlərə də baxış keçirildiyini və aidiyyəti qurumlar tərəfindən aktlaşdırıldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR