Bank Of Baku

“Mançester Yunayted” – “Sabah” oyununun hakim təyinatları açıqlanıb

Villi Delajo

© APA | Villi Delajo

# 08 sentyabr 2026 13:28 (UTC +04:00)

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Mançester Yunayted” – “Sabah” oyununun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Villi Delajo olacaq. Ona Ervan Finjan və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək.

VAR hakimi almaniyalı Jerom Brizar, onun assistenti isə serbiyalı Momçilo Markoviç olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR