72 yaşlı Bakı sakini su quyusuna düşüb

72 yaşlı Bakı sakini su quyusuna düşüb
# 27 mart 2015 08:51 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində baş verib.

Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən orada köməksiz vəziyyətdə qalıb.

F. Bayramov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR