SOCAR-ın əməkdaşlarının sayı 7% azalıb

SOCAR-ın əməkdaşlarının sayı 7% azalıb
# 30 noyabr 2016 10:38 (UTC +04:00)

SOCAR-da çalışan işçilərin ümumi sayı açıqlanıb.

APA-Economics” SOCAR-ın 2015-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, ötən il SOCAR-da çalışan işçilərin orta siyahı sayı 52 576 nəfər təşkil edib. Bu da 2014-cü il ilə (56460 nəfər) müqayisədə 3 884 nəfər azalıb.

2015-ci il ərzində şirkət üzrə işçilərin orta siyahı sayının 3 884 nəfər (6,9%) azalmasının səbəbi SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədardır.

Belə ki, ötən il ərzində işçilərin orta siyahı sayının 2014-cü ilə nisbətən azalması (3884 nəfər) müəssisələr üzrə aşağıdakı kimi olub:

- “Azneft” İstehsalat Birliyi üzrə - 405 nəfər;

- “Azəriqaz” İstehsalat Birliyi üzrə - 493 nəfər;

- “Azərikimya” İstehsalat Birliyi üzrə - 496 nəfər;

- Geofizika və geologiya İdarəsi üzrə - 90 nəfər;

- “Neft Kəmərləri” İdarəsi üzrə - 30 nəfər;

- İnformasiya Texnologiyaları və rabitə İdərəsi - 92 nəfər;

- H.Əliyev adına neft emalı zavodu üzrə - 764 nəfər;

- H.Əliyev adına Bakı dərin özüllər zavodu - 17 nəfər;

- Sosial İnkişaf İdarəsi üzrə - 223 nəfər;

- Təhlükəsizlik İdarəsi üzrə - 407 nəfər;

- “Qaz İxrac” İdarəsi üzrə - 143 nəfər;

- “Neftqaztikinti” tresti üzrə - 288 nəfər;

- “Kompleks qazma işləri” tresti üzrə - 207 nəfər;

- “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə - 59 nəfər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR