Paris Prokurorluğu Paraqvay senatoru Selesta Amarilyanın Fransa millisinin futbolçusu Kilian Mbappe barədə səsləndirdiyi açıqlama ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə "RMC Sport" məlumat yayıb.
Məlumata görə, senator təqsirli bilinərsə, onu bir ilədək azadlıqdan məhrumetmə və 45 min avro məbləğində cərimə gözləyir.
Prokurorluq işi milli mənsubiyyət, etnik mənşə, irq və ya din zəminində açıq təhqir və nifrətə çağırış maddələri üzrə araşdırır.
Xatırladaq ki, senator Selesta Amarilya "X" hesabındakı paylaşımında Mbappeni "özünü fransız kimi göstərməyə çalışan kamerunlu" adlandırıb, onu təhqir edib və yazı yazmağı bacarmadığını iddia edib.