Bank Of Baku

“Qalatasaray”la oyunda ”Adana Dəmirspor” meydandan çəkilib

“Qalatasaray”la oyunda ”Adana Dəmirspor” meydandan çəkilib
# 09 fevral 2025 20:54 (UTC +04:00)

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.

İstanbul təmsilçisi hesabda 1:0 öndə olarkən, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.

Beləliklə, matç TFF tərəfindən təxirə salınıb.

Qeyd edək ki, "Adana Dəmirspor" komandası müəmmalı penalti epizoduna etiraz olaraq belə bir qərar alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR