Bank Of Baku

“Real” Endrikin “Lion”a icarə əsasında keçdiyini açıqlayıb

Endrik

© APA | Endrik

# 23 dekabr 2025 21:30 (UTC +04:00)

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Endrik Fransanın "Lion" klubuna icarə əsasında transfer olunub.

APA xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşma 30 iyun 2026-cı ilədək qüvvədə olacaq.

19 yaşlı braziliyalı futbolçu Endrik karyerasına "Palmeyras" klubunda başlayıb. O, Braziliya təmsilçisinin heyətində 82 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçu 2024-cü ildə “Real”a transfer olunub. Cari mövsümdə Madrid klubunun heyətində müxtəlif turnirlərdə 3 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR