"Veysəloğlu" istehsal gücünün artırılmasına 10 mln. manat xərcləyəcək

"Veysəloğlu" istehsal gücünün artırılmasına 10 mln. manat xərcləyəcək
# 13 aprel 2017 11:46 (UTC +04:00)

"Daxili bazarda mövqeyini möhkəmləndirən "Veysəloğlu" şirkətlər qrupu hazırda bir sıra MDB, Baltikyanı və Yaxın Şərq ölkələrinə məhsul ixrac edir". "APA-Economics" xəbər verir ki, bu barədə "Veysəloğlu"nun prezidentinin müşaviri İlqar Nuri bildirib.

Onun sözlərinə görə, şirkət hazırda ixrac coğrafiyasını genişləndirmək niyyətindədir. "Bu səbəbdən şirkət istehsal gücünü artırmaq niyyətindədir. Həmin məqsədlə biz Avropadan yeni istehsal xətlərinin alınmasına dair müqavilələr imzalamışıq. İstehsal gücümüzün artırılması məqsədilə biz 10 mln. manat həcmində investisiya yatırmaq niyyətindəyik. Həmin vəsait avadanlıqların alışına, onların quraşdırılmasına, yeni istehsalat sahəsinin yaradılmasına və istehsal gücünün artırılması üçün xammalın alışına yönələcək. Bu, ölkə iqtisadiyyatına bizim töhfəmizdir", - deyə o bildirib.

Müşavir əlavə edib ki, fabrikin aylıq istehsal gücü 1300 ton təşkil edir: "Biz aylıq istehsal gücümüzü 3000 min tona çatdırmaq niyyətindəyik. Bunun hesabına biz idxaldan asılılığı azaltmış olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR