“Fənərbaxça”nın futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belçikalı forvard milli komandada keçirdiyi 16 ilin ardından bu qərarı verdiyini bildirib: "Milli komanda üçün əlimdən gələni etdiyim 16 il geridə qaldı. Bu müddətdə mümkün olan bütün hissləri yaşadım.
Həmişə minnətdar olacağım komanda yoldaşlarımla birlikdə çıxış etdim. Onların hər birinə təşəkkür edirəm. Həmçinin mənə dəstək olan, daha yaxşı oynamağa sövq edən və komandaya töhfə verəcəyimə inanan bütün məşqçilərə minnətdaram. Bu, möhtəşəm bir səyahət idi və hər anından zövq aldım.
Belçikalı azarkeşlərə komandamıza göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Ölkəmi 4 dünya çempionatında və 3 Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram. Həmin anları heç vaxt unutmayacağam.
Möhtəşəm idi, minnətdaram”.
Qeyd edək ki, Romelu Lukaku Belçika millisinin heyətində 135 oyun keçirib, 94 qol vurub və 20 məhsuldar ötürmə verib.