ABŞ-da avtomobil kütləyə çırpılıb, 8 nəfər yaralanıb

ABŞ-da avtomobil kütləyə çırpılıb, 8 nəfər yaralanıb
# 05 sentyabr 2017 05:02 (UTC +04:00)

ABŞ-ın Filadelfiya şəhərində avtomobil kütləyə çırpılıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. İnsident Əmək gününə həsr edilən küçə şənliyi zamanı baş verib.

İlkin versiyaya görə, qəzanı qadın sürücü törədib. Yoxlama zamanı onun içkili olduğu üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR