Çexiyanın iri sahibkarlarından ibarət nümayəndə heyəti XİN rəhbərinin başçılığı ilə Tehrana səfər edəcək

Çexiyanın iri sahibkarlarından ibarət nümayəndə heyəti XİN rəhbərinin başçılığı ilə Tehrana səfər edəcək
# 06 avqust 2015 17:46 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya İqtisadi Palatasının məlumatında bildirilir.

“İranda metallurgiya, energetika, əczazçılıq, loqistika, nəqliyyat infrastrukturu və bank işi sahələrində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır”, deyə Çexiya İqtisadi Palatasının nümayəndəsi İlya Mazanek bildirib.

Onun sözlərinə görə, həmçinin, Çexiya nümayəndə heyətinin Tehran və İsfahanda keçiriləcək biznes-forumlarda iştirak edəcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR