FHN Yevlax rayonunda yanğına qarşı təbliğat günü keçirib

FHN Yevlax rayonunda yanğına qarşı təbliğat günü keçirib
# 22 aprel 2015 12:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə “Azərtoxum” MMC-də yanğına qarşı təbliğat günü keçirib.

FHN DYNX-dan APA-ya verilən məlumata görə, Yevlax rayonunda keçirilən tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

Tədbirdə dənli-texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi mövzusunda video-slayd nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR