® “PAŞA Həyat”ın əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti tərəfindən təltif edilib

<font color=red>® </font> “PAŞA Həyat”ın əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti tərəfindən təltif edilib
# 21 noyabr 2016 11:50 (UTC +04:00)

“PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti olan LIMRA tərəfindən qalib elan edilib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, “PAŞA Həyat Sığorta” şirkətinin satış departamentinin direktoru Samir Kazımov LIMRA tərəfindən dünya üzrə elan edilən “25 parlayan ulduz” nominasiyasının qalibi olub və ona “Rising Star of Innovation” mükafatı təqdim edilib.

Qeyd edək ki, LIMRA təşkilatı 40 yaşınadək olan şəxslər arasında maliyyə, biznes sahəsində yenilik edən “25 parlayan ulduz” nominasiyası üzrə ərizələrin qəbuluna bu ilin avqust ayından başlayıb və bu ilin oktyabr ayının sonunda qaliblərin siyahısı açıqlanıb. Dünya qalibləri sırasında “PAŞA Həyat”ın əməkdaşı Samir Kazımovun da adı yer alıb.

Onu da qeyd edək ki, Samir Kazımov sığorta, o cümlədən həyat sığortası məhsullarının satışı sahəsində yeni satış texnologiyalarına malik olmaqla, şirkətdə satışın operativ təşkil edilməsi, satış kanallarının genişləndirilməsi və müştəri cəlbetmə taktikalarında yeniliklər tətbiq edib.

Xatırladaq ki, baş ofisi ABŞ-da yerləşən LİMRA dünya üzrə tanınmış axtarış, təıdqiqat təlim və inkişaf üzrə maliyyə qurumudur. Təşkilat 850-dən çox müxtəlif maliyyə xidmətləri göstərməklə öz üzvlərinə effektiv biznes strategiyasını inkişaf etdirmək üçün müxtəlif araşdırmalar, hesabat və digər məlumatlarla təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR