Bank Of Baku

Tramp İnfantinonu müdafiə edib: O, FIFA prezidentliyindən uzaqlaşdırılsa, bu, “dəhşətli səhv” olar

FIFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp

© APA | FIFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp

# 11 avqust 2026 12:12 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu müdafiə edib və onun vəzifədən uzaqlaşdırılmasının qurum üçün ciddi səhv olacağını bildirib.

APA xəbər verir ki, Tramp bu fikirləri “Truth Social” hesabında yazıb.

“FIFA hər hansı səbəbdən Prezident Canni İnfantinonu dəyişdirməyi düşünsə, dəhşətli səhv etmiş olar. O, möhtəşəmdir. O, indiyədək keçirilmiş ən uğurlu Dünya Kubokuna rəhbərlik edib – həm də dörd dəfə daha uğurlu. Əgər o getsə, bu turnir bir daha belə uğurlu və gəlirli olmayacaq”, - Tramp bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR