Bank Of Baku

Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib, "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb - YENİLƏNİB

Mert Hakan Yandaş, Metehan Baltacı

© APA | Mert Hakan Yandaş, Metehan Baltacı

# 05 dekabr 2025 12:26 (UTC +04:00)

Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

APA-nın NTV-yə istinadən xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

Bundan başqa, 28 aprel 2024-cü ildə keçirilmiş Ankaraspor-Nazilli Belediyespormatçının nəticəsinə təsir etmələri səbəbi ilə “Ankaraspor klubunun sahibi Əhməd Okatan, Ankaraspor klubunun prezidenti Mehmet Emin Katipoğlu, “Nazilli Belediyespor prezidenti Şahin Kaya iki məşqçi tutulub.

24 dekabr 2023-cü ildə keçirilmiş “Ümraniyespor-Giresunspor futbol matçının nəticəsinə təsir etmələri səbəbi ilə biri futbolçu olmaqla altı nəfər, habelə bank hesabları araşdırılan və şübhəli maliyyə əməliyyatlarının aparıldığı müəyyənləşən Adana Demirspor klubunun keçmiş prezidenti Murat Sancak, keçmiş futbol hakimi və idman şərhçisi Ahmet Çakar və həyat yoldaşı, eləcə də baş hakim Zorbay Küçük də daxil olmaqla yeddi nəfər saxlanılıb.

Ümumilikdə 46 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, 35-i tutulub.

***

11:32

İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.

APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR