Aeroport yolunda iki avtomobil toqquşub - FOTO - VİDEO

Aeroport yolunda iki avtomobil toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 05:00 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Aeroport yolunda qeydə alınıb. Qəza zamanı Zaur İbrahimovun idarə etdiyi "Mercedes"lə Vüsal Paşayevin idarə etdiyi "Hyundai" toqquşub.

Sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra aeroport yolunun bu hissəsində nəqliyyatın hərəkətində problem yaranıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Hə iki avtomobil evakuator vasitə ilə hadisə yerindən uzaqlaşdırılıblar. Aeroport yolundan nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.

Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR