Bakının Maştağa qəsəbəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

Bakının Maştağa qəsəbəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2014 08:47 (UTC +04:00)

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gecə Maştağa qəsəbəsində baş verən yol qəzasında xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Musa Məmmədov və Mircəfər Əsgərov bu gün dünyalarını dəyişiblər.

***

Saat: 10:02

Bakı. Hafiz Heydərov - APA. Bakıda ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.

Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR