Kasko sığortasında yığımlar azalıb

Kasko sığortasında yığımlar azalıb
# 14 avqust 2015 08:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu növ sığortadan toplanan sığorta haqqı 7,1 dəfə artaraq 2,1 mln. manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 5,4 dəfə artaraq 736,5 min manat, kreditlərin sığortasında isə 4,2 dəfə artaraq 506,4 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,2% artaraq 42 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 57,5% artaraq 376,3 min manat, tibbi sığortada 1,4% artaraq 46,5 mln. manat, səfər sığortasında 6,8% artaraq 1,26 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 32,9% artaraq 775,1 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 9,8% artaraq 23 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 86,5% artaraq 19,5 mln. manat, avtomobillərin icbari sığortasında isə 20,2% artaraq 45,5 mln. manat təşkil edib.

7 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 51,9% azalaraq 1,2 min manata düşüb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında yığım 38,5% azalaraq 209,2 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə yığım 27,2% azalaraq 8,3 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 22,5% azalaraq 7,4 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 6,4% azalaraq 5,8 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,1% azalaraq 18,1 mln. manat, avtomobillərin könüllü sığortasında 13,1% azalaraq 18,4 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1,6% azalaraq 251,8 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,4% azalaraq 83,4 min təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR