Taner Yıldız: “Elektrik kəsintisinin səbəbinin kiber hücum, yaxud qəza olduğunu söyləmək hələ çox tezdir”

Taner Yıldız: “Elektrik kəsintisinin səbəbinin kiber hücum, yaxud qəza olduğunu söyləmək hələ çox tezdir”
# 02 aprel 2015 12:08 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli – APA. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız martın 31-də ölkədə baş vermiş elektrik kəsintisi ilə bağlı araşdırmaların nəticələrindən danışıb.

APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, nazir Türkiyənin enerji şəbəkəsinin Avropanın ikinci ən böyük enerji şəbəkəsi olduğunu deyib: “Türkiyənin enerji paylama sistemi Avropa Birliyi tərəfindən qəbul edilmiş bir sistemdir. Komandamıza güvənirik, belə bir hadisənin təkrarlanmayacağını da söyləmək istərdim”.

T. Yıldız kiber hücum ehtimalını istisna etməyib: “Bir yerdə şifrə və kripto varsa, kiber hücum da mümkündür. Bu sistemin qorunması üçün ayrıca komanda çalışır. Nazirlik bütün ehtimalları şəffaf araşdırır. Üç stansiyanın bir saniyə fərqlə sıradan çıxmasının hücum, yaxud texniki qəza olduğunu demək hələ çox tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR