AFFA 2 klubu çempionatdan kənarlaşdırıb

affa 2 klubu cempionatdan kenarlasdirib

AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub.

 

İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.

 

9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

 

“Şahdağ” (Qusar)

İqrar Səmədov

Uce Cukenyere

 

“Rəvan” (Bakı)

Elvin Əliyev

Cəmşid Məhərrəmov

 

“Göyəzən” (Qazax)

Arzuman Vəliyev

Tunar Şahtaxtinski

 

“Energetik” (Mingəçevir)

Elvin Əlizadə

Kamran  Lalayev

Ruslan Həmidov

 

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

 

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”,  “Energetik”,  “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.

 

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ