Avropa Liqasında yarımfinal cütləri müəyyənləşib

avropa liqasinda yarimfinal cutleri mueyyenlesib

Bu gün Avropa Liqasında yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib.

 

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbirdə öncə yarımfinal cütləri bəlli olub.

 

Avropanın ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 komanda iki cütlüyə bölünüb. “Ayaks” (Hollandiya) bu mərhələdə “Lion” (Fransa) ilə görüşəcək.

 

Digər cütdə isə “Selta” (İspaniya) ilə  “Mançester Yunayted” (İngiltərə) qarşılaşacaq.

 

Tədbirin sonunda final matçının nominal ev sahibi də müəyyənləşib. Püşk nəticəsində “Ayaks” – “Lion” cütünün qalibinin adı həlledici görüşdə birinci göstəriləcək.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 4-də və 11-də keçiriləcək. Turnirin final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmda yerləşən “Frends Arena”da olacaq.

 

Avropa Liqası

Yarımfinal

(4/11 may)

“Ayaks” (Hollandiya) - “Lion” (Fransa)

“Selta” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

 

Final

(24 may)

1-ci cütün qalibi – 2-ci cütün qalibi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ