Azərbaycan FİFA reytinqində 1 pillə irəliləyib

azerbaycan fifa reytinqinde 1 pille irelileyib

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya yığmalarının cədvəlində müəyyən dəyişikliklər baş verib.

 

Yanvar reytinqi ilə müqayisədə qeydə alınan bu fərqlər Afrika Millətlər Kuboku, həmçinin azsaylı yoldaşlıq oyunlarının nəticələri üzündən yaranıb. Hətta heç bir matça çıxmayan Azərbaycan millisinin də yeri və xal hesabı dəyişib.

 

Düzdü, yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Lakin aktivini 386-dan 388-ə yüksəldib. Bu da xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamızın 1 pillə irəliləməsi üçün kifayət edib.

 

Komandamız Afrika Millətlər Kubokunun uğursuzları Toqo, Zambiya və Liviyanı arxada qoya bilib. İndiyədək eyni xala malik toqolular da, liviyalılar da xeyli xal itirib. Əvəzində Qabon millisini özündən önə buraxıb.

  

Millimiz və “qonşular”ı

85 (85). Qətər - 418

86 (81). Çin - 404

87 (108). Qabon – 392

87 (87). Keniya - 392

89 (90). Azərbaycan - 388

90 (92). Antiqua və Barbuda – 370

91 (88). Zambiya - 368

92 (89). Liviya – 366

93 (96). Suriya – 357

94 (96). Syerra-Leone - 355

95 (95). Boliviya - 354

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə cüzi dəyişiklik olub. Fransa 6-cı pilləni Kolumbiyadan alıb.

 

İlk “onluq”

1 (1). Argentina – 1635

2 (2). Braziliya – 1529

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1386

5 (5). Belçika – 1371

6 (7). Fransa – 1313

7 (6). Kolumbiya – 1304

8 (8). Portuqaliya – 1240

9 (9). Uruqvay – 1195

10 (10). İspaniya – 1168

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və  San-Marino mövqeyini qoruyub. Şimali İrlandiya və Çexiya geriləməyə üzülüb. Norveç isə irəliləyişə sevinib. Növbəti yoxlama oyunundakı rəqibimiz Qətər 85-ci pillədə qalıb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

35 (32). Şimali İrlandiya - 772

46 (43). Çexiya - 669

81 (84). Norveç - 426

202 (202). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 857 xal var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ