Çempionlar Liqasında həftənin ən yaxşısı məlum olub

cempionlar liqasinda heftenin en yaxsisi melum olub

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı futbolçusu müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, bu ada “Lester”in qapıçısı Kasper Şmeyxel layiq görülüb.

 

Ali futbol qurumunun azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, “Sevilya” ilə cavab qarşılaşmasında penalti dəf edən danimarkalı qolkiper respondentlərin 36% səsini toplayıb. Onu müvafiq olaraq “Atletiko”lu həmkarı Yan Oblak (31%), “Monako”nun hücumçusu Kilian Mbappe (18%) və “Yuventus”un ön xətt oyunçusu Paulo Dibala (16%) izləyiblər.

 

Qeyd edək ki, “Sevilya”nı mübarizədən kənarlaşdıran “Lester” 1/4 final mərhələsində “Atletiko”ya rəqib olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ