FİFA-nın tədbirində dəyəri 100 min dollar olan 6 saat oğurlanıb

fifa nin tedbirinde deyeri 100 min dollar olan 6 saat ogurlanib

FİFA-nın yanvarın 9-da keçirilmiş mükafatlandırma mərasimi ilə bağlı şok xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, milyonlarla insan tərəfindən televiziya vasitəsilə canlı izlənən mərasimdə oğurluq hadisəsi baş verib.

 

Belə ki, yığıncaqda ümumilikdə 100 min dollar dəyərində olan, 6 xüsusi hazırlanmış qol saatı oğurlanıb. Mərasimin sponsorlarından olan, məşhur “Hublot” firması həmin saatları sırf mükafatlandırma gecəsi üçün hazırlayıbmış və mükafatlandırılan şəxslərə təqdim olunacaqmış.  

 

Saatlar FİFA mərkəzi ilə TV studiyaları arasındakı məkanda oğurlanıb.

 

Xarici mətbuata açıqlama verən firma rəsmilərindən biri saatların itdiyini təsdiqləyib və oğruların kim olduğunu öyrənmək üçün hərəkətə keçdiklərini bildirib. İsveçrə polisi isə təhlükəsizlik kamerasını araşdırmaya start verib.

 

Qeyd edək ki, FİFA-nın mükafatlandırma mərasimində Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayaraq, 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ