“Qarabağ” “Barselona” ilə qarşılaşa bilər

qarabag barselona ile qarsilasa biler

UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın 27 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

 

Azərbaycan millisinin və “Qarabağ”ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri ilk növbədə özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.

 

“Qarabağ”ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar “Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Leypsiq” (Almaniya), “Çelsi” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa), PSJ (Fransa), “Spartak” (Moskva, Rusiya), “Benfika” (Portuqaliya), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), "Feyenoord" (Hollandiya)  və “Bazel” (İsveçrə) komandalarıdı.

 

Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar “Krasnodar” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Anderelxt” (Belçika), “Bursaspor” (Türkiyə), APOEL (Kipr), “Lokomotiva” (Xorvatiya), “Hammarbü” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) və “Breydablik” (İslandiya) klublarıdı.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ