Tiflisdə "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində tədbirə start verilib

Gürcüstanın paytaxtı Tiflisdə UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində "Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı" adlı tədbirinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Gənclər və İdman Naziri Tariel Xeçikaşvili və Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili çıxış ediblər.

 

Sammitdə Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Estoniya, Qazaxıstan, Latviya, Litviya, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə, və Ukrayna futbol federasiyalarının rəhbərləri iştirak edirlər. Azərbaycanı tədbirdə 4 nəfər təmsil edir. Bunlar AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev və Grassroots koordinatoru Cahangir Həsənzadədi. Məmmədovla yanaşı, proqrama UEFA İcraiyyə Komitəsinə İsveç və İrlandiyadan olan namizədlər də qatılıb.

 

AFFA-nın baş katibi Tiflisdə AFFA-nın "GROW 2020" İnkişaf Proqramını təqdim edib və Şərqi Avropa ölkələrinin kütləvi futbolda üzləşdiyi əsas problemlər haqqında danışıb. Görüşdə kütləvi futbolun inkişafı, Qərbi və Şərqi Avropa ölkələrində bu sahənin inkişafı ilə əlaqədar oxşar və fərqli cəhətlər, Qərb təcrübəsinin öyrənilməsi və tətbiqi məsələlərinin öyrənilməsi diqqət mərkəzində olub.


2 gün davam edəcək sammit çərçivəsində Gürcüstanın baş nazirinin müavini, Elm və Təhsil Naziri Aleksandr Cecelavanın çıxışı gözlənilir.
 

Qeyd edək ki, UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı ilk dəfə 2 il öncə Azərbaycanda tətbiq edilməyə başlayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ