Bank Of Baku

Ağcabədidə yol qəzasında ana və oğul ölüb

Ağcabədidə yol qəzasında ana və oğul ölüb
# 09 avqust 2008 19:42 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Aran-Bəhrəmtəpə yolunun 72-ci kilometrliyində «Oka» markalı 44 BF 313 dövlət nömrə nişanlı avtomobil «Opel Omeqa» markalı 45 BF 320 nömrə nişanlı minik maşınıyla toqquşub. Ağcabədidən Bərdə istiqamətində hərəkət edən «Opel Omeqa» qarşı tərəfə hərəkət edən «Oka»ya çırpılıb.

Nəticədə ikinci maşının sürücüsü,1968-ci il təvəllüdlü Hüseynov Azər Fərrux oğlu və anası, 1945-ci il təvəllüdlü Hüseynova İltimas Malış qızı hadisə yerində keçiniblər.

«Opel»in sürücüsü, Mingəçevir şəhər sakini, 48 yaşlı Səlimov Baxşəli Həbib oğlu və sərnişinləri xəsarət almayıblar.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayı 13-cü tağımının baş müfəttişi, polis baş leytenantı Sədi Cəlalov APA-ya bildirib ki, hazırda hadisə yerində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR