Bank Of Baku

Ermənilərin əsir götürdüyü mülki şəxs ruhi xəstə olub

Ermənilərin əsir götürdüyü mülki şəxs ruhi xəstə olub
# 09 avqust 2008 19:51 (UTC +04:00)
Qardaşının itkin düşməsi ilə əlaqədar rayon hüquq-mühafizə orqanlarına xəbər verildiyini söyləyən M. Eyyubov polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyini bildirib.

A. Eyyubovun ermənilər tərəfindən əsir götürülməsi barədə isə onlara Qazax rayon Hərbi Prokurorluğundan məlumat verilib.

Bundan bir neçə gün əvvəl A. Eyyubovun ailəsinə baş çəkən Hərbi Prokurorluğun nümayəndəsi onların övladlarının 15 gün əvvəl cəbhənin Qazax rayonu ərazisində əsir düşdüyünü bildirib. Hərbi Prokurorluğun nümayəndəsi həmçinin A. Eyyubovun əsir götürülməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə də məlumat verildiyini söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Əsir, girov və itkin düşmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov da Arzu Eyyubovun naməlum şəraitdə əsir düşdüyünü təsdiqləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR