Bank Of Baku

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri həbs ediliblər

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri həbs ediliblər
# 11 avqust 2008 07:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin alışı, satışı və istifadəsi ilə məşğul olmaqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərini yaxalayıblar. Bu barədə APA-ya RPŞ-in rəisi Şamil Seyidli bildirib. Bakı sakinləri - 1953-cü il təvəllüdlü Çingiz Məmmədov, 1979-cu il təvəllüdlü Əsgər Sultanov və 1987-ci il təvəllüdlü İsmayıl Mayılovdan 18 bükümdə 200 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər dindirilərkən narkotik vasitələri Yardımlı rayonun Avaş kənd sakini, 1961-ci il təvəllüdlü Ədalət Fərziyevdən aldıqlarını bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Fərziyev də saxlanılıb. Ondan 20 bükümdə 150 qram heroin götürülüb. Ə. Fərziyev dindirilmə zamanı narkotik vasitələri İranda yaşayan bacanağından aldığını deyib. O, həmin şəxsdən iki gün əvvəl aldığı 5 kq marixuananı isə qonşusunun həyətində gizlətdiyini söyləyib. Növbəti əməliyyat nəticəsində gizlədilən marixuana da götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234. 4. 3-cü (narkotik vasitələrin qanunsuz olaraq alışı, satışı, daşınması, gəzdirilməsi, başqasına verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR