Bank Of Baku

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 11 avqust 2008 08:35 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov – APA. Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, şəhər sakini Heydər Cabbar oğlu Hüseynovun idarə etdiyi “QAZ 3110” markalı minik avtomobili Yevlax rayon sakini Rövşən Abdulla oğlu Məmmədovun idarə etdiyi yük maşını ilə toqquşub. Nəticədə “QAZ 3110”-un sürücüsü aldığı xəsarətdən hadisə yerində keçinib, iki sərnişini isə müxtəlif bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR