Bank Of Baku

Azərbaycan paytaxtında naməlum “Jiquli” 4 piyadanı vurub, piyadaların hamısı ölüb

Azərbaycan paytaxtında naməlum “Jiquli” 4 piyadanı vurub, piyadaların hamısı ölüb
# 11 avqust 2008 08:56 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkət edən qırmızı rəngli “Juquli” markalı avtomobil yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Qəşəm Mahmudovu, 1977-ci il təvəllüdlü Vəfa Əhmədovanı, 1986-cı il təvəllüdlü İsmayıl İsmayılovu və 2002-ci il təvəllüdlü Asif Mahmudovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə qəza nəticəsində xəsarət alanlardan Q. Mahmudov və V. Əhmədova hadisə yerində, A. Mahmudov və İ. İsmayılov isə çatdırıldıqları xəstəxanada keçiniblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı zamanı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb, qəzanı törədən sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR