Bank Of Baku

Dəvəçidə iki bacının qətlində təqsirləndirilən qardaşların məhkəməsi başlayıb

Dəvəçidə iki bacının qətlində təqsirləndirilən qardaşların məhkəməsi başlayıb
# 11 avqust 2008 09:27 (UTC +04:00)
Dəvəçi. Solmaz Mehdiyeva – APA. Bu gün Dəvəçi rayon Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə ötən il Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın şimal bürosunun məlumatına görə, məhkəmə zalına iş üzrə zərərçəkənlər, təqsirləndirilən şəxslərin qohumları buraxılıblar. Təqsirləndirilən şəxslərin məhkəmədə iştirakı təmin olunub. Prosesdə zərərçəkən tərəfin nümayəndələri cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər, məhkəmə avqustun 21-dək təxirə salınıb. Növbəti proses Bakıda, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşları ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atıblar. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlansa da, Reyhanənin meyiti indiyədək tapılmayıb. Qardaşların daha bir neçə qızı qətlə yetirdiyi müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR