Bank Of Baku

Sabirabad sakininə məxsus torpaq sahəsindən çətənə kolu aşkarlanıb

Sabirabad sakininə məxsus torpaq sahəsindən çətənə kolu aşkarlanıb
# 11 avqust 2008 11:25 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabad rayonunun Axtaçı-Muğan kənd sakini, 1951-ci il təvəllüdlü Yəhyayev Sarxan Əliniyaz oğluna məxsus torpaq sahəsində kultivasiya yolu ilə əkilib becərilmiş çətənə kolları aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən bildirilib. S. Yəhyayevin pay-torpaq sahəsində ümumi çəkisi 1,280 kq olan 7 ədəd çətənə kolu aşkarlanıb. O, çətənə kollarını özünün əkib becərdiyini etiraf edib. Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR