Bank Of Baku

Zaqatalada narkotik maddə alveri edən rayon sakini həbs olunub

Zaqatalada narkotik maddə alveri edən rayon sakini həbs olunub
# 16 avqust 2008 10:16 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və alqı-satqısı ilə məşğul olan rayon sakini həbs olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənov məlumat verib. Onun sözlərinə görə, polis bölməsinə daxil olan məlumat əsasında Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Məhəmməd oğlu Aydayevin yaşadığı mənzildə axtarış aparılıb. Axtarış zamanı İ. Aydayevin üzərindən və yaşadığı evdən ümumi çəkisi 184.44 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı İ. Aydayevin artıq saxlanıldığını vurğulayan rəis müavini onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə cinayət işinin başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR