Bank Of Baku

Azərbaycanın hüquq müdafiəçisi Fərhad və Rafiq Əliyevlərlə görüşüb

Azərbaycanın hüquq müdafiəçisi Fərhad və Rafiq Əliyevlərlə görüşüb
# 16 avqust 2008 12:15 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə görüşüb.

Komitə sədri APA-ya bildirib ki, Fərhad və Rafiq Əliyevlər cəzaçəkmə müəssisələrinə yenicə köçürüldükləri üçün karantində saxlanılırlar. Hüquq müdafiəçisi bu gün, həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Vərəmli Xəstələrin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində olub. Komitə sədri qeyd edib ki, müəssisədə 2006-cı ildə 53, 2007-ci ildə 44, bu ilin altı ayı ərzində isə 23 vərəmli məhkum dünyasını dəyişib. Onun sözlərinə görə, ötən illərin müvafiq dövrü ilə müqayisədə ölüm sayında azalma müşahidə olunur.

E. Behbudov onu da deyib ki, müəssisədə həbsxana rejimində cəza çəkən vərəmli məhkumlar üçün 30 nəfərlik yeni korpus tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR