Bank Of Baku

“Əbu Bəkr”də partlayış baş verib - YENİLƏNİB

“Əbu Bəkr”də partlayış baş verib - <font color=red>YENİLƏNİB </font>
# 17 avqust 2008 19:01 (UTC +04:00)
Bakı-APA. Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib.. APA-nın hadisə yerində olan müxbirlərinin xəbərinə görə, hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.

Hadisənin şahidlərindən biri APA-ya deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb.

Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub.

Lent.az portalı xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin 5 saylı şəhər xəstəxanasına, birinin isə Klinik Tibbi Mərkəzə aparaıldığı bəlli olub. Qalan yaralıların hara aparıldığı bilinmir.

Portalın əməkdaşı şahidlərə istinadən bildirib ki, axşam namazı vaxtı 25-30 yaşlarında bir gənc məscidin pəncərəsindən içəri əl qumbarası atıb. Bəzi məlumatlara görə, məscidin imamı Hacı Qamət Süleymanov yüngül xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri və 2 təcili tibbi yardım maşını gəlib.

Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov Lent.az-ın əməkdaşına bildirib ki, ən azı 2 nəfər ölüb, 9 nəfər yaralı var. Hadisə nəticəsində məscidə böyük zərər dəyməsə də, içəri divarlarda partlayışın izləri qalıb. R.Qurbanov deyib ki, hazırda hadisə yerinin ekspertizası və başqa zəruri təhqiqat tədbirləri görülür.

Qeyd edək ki, Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR