Bank Of Baku

Bakıda və Tərtərdə baş verən yol qəzalarında 4 nəfər ölüb

Bakıda və Tərtərdə baş verən yol qəzalarında 4 nəfər ölüb
# 29 avqust 2008 12:36 (UTC +04:00)
Bakı. APA. Avqustun 28-dən 29-na keçən gecə Nərimanov rayonu ərazisində, şəhər sakini Zaur Mustafayev "Opel-Vektra" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Z. Mustafayevin sərnişini, həyat yoldaşı Emilya hadisə yerində ölüb. Avqustun 28-də isə saat 09.30 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini, Möhlət Ələsgərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə M. Ələsgərov və sərnişini Zamiq Quliyev hadisə yerində ölüb. Araşdırmalar zamanı avtomaşının Abşeron rayon sakini Qismət Məcidova məxsus olması və avqustun 27-də Pirşağı qəsəbəsi ərazisindən qaçırılması müəyyən edilib. Həmin gün Tərtər rayonu ərazisində saat 12.00 radələrində Ağdam rayon sakinləri Zahid Məmmədovun idarə etidiyi "VAZ-21011» markalı və Bəylər Qədimovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən B. Qədimov orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR