Bank Of Baku

Bakıda türk iş adamı həbs olunub

Bakıda türk iş adamı həbs olunub
# 14 oktyabr 2008 09:33 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1978-ci il təvəllüdlü Yılmaz Kərəm Yıldırım Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin axtarışı əsasında saxlanılıb. Belə ki, Y. Yıldırım tabeçiliyində işləyən Azərbaycan vətəndaşına 30 min ABŞ dolları borclu olduğu üçün həmin şəxs tərəfindən məhkəməyə verilib. Nərimanov rayon Məhkəməsi onun barəsində pulun ödənilməsi barədə qərar çıxarsa da, Y. Yıldırım məhkəmənin hökmündən yayınıb.

İş adamı 10 günə yaxın Cinayət Məcəlləsinin 306-cı (məhkəmə hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub. Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Y. Yıldırım saxlanılıb. O, artıq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib.

Qeyd edək ki, Y. Yıldırımın Bakı şəhərində sahibkarlıqla məşğul olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR