Bank Of Baku

Sabunçu rayon Qaz İstismar İdarəsinə məxsus borular oğurlanıb

Sabunçu rayon Qaz İstismar İdarəsinə məxsus borular oğurlanıb
# 14 oktyabr 2008 09:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sabunçu rayon Qaz İstismar İdarəsinə (Qİİ) məxsus qaz boruları oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi Bakıxanov qəsəbəsində baş verib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qİİ-nə məxsus 57 metr uzunluğunda qaz borusunu oğurlayan şəxs, 1983-cü il təvəllüdlü Elnur Rüstəmov saxlanılıb.

Onun barəsində Cinayət Məcələsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR