Bank Of Baku

Dövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb

Dövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb
# 14 oktyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının müxtəlif vaxtlarda müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb. Bu barədə APA-ya DGK-dən məlumat verilib. Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundov bildirib ki, indiyədək gömrük orqanları tərəfindən müsadirə edilən müqəddəs kitablar, ikonalar və digər dini əşyalar aidiyyəti təşkilatlara, o cümlədən, dini ocaqlara bağışlanıb. Bu yaxınlarda gömrük qaydalarının pozulmasına görə gömrük əməkdaşları tərəfindən götürülən dini məzmunlu və yəhudi uşaqları üçün nəzərdə tutulan «Sivoys Qaşem» adlı 100 kitabın da Xaçmaz rayonunun Qırmızı qəsəbə ərazisində yerləşən Sinaqoqa verilməsi qərara alınıb.
Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyev bu addımı Azərbaycanda tolerantlığın bariz bir nümunəsi kimi səciyyələndirib.
Qeyd edək ki, oktyabrın 10-da eyni adlı 150 dini kitab da Avropa yəhudi dini icmasının Azərbaycandakı nümayəndəliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR