Bank Of Baku

Azərbaycanda 6 il axtarışda olan şəxs Dağıstanda tutulub

Azərbaycanda 6 il axtarışda olan şəxs Dağıstanda tutulub
# 14 oktyabr 2008 12:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda 6 il axtarışda olan şəxs Rusiyanın Dağıstan Muxtar respublikasında tutulub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Radiq Adolobiç Həmzətov 2002-ci ildən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olub.
Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının Dağıstan milisi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Həmzətov Mahaçqalada saxlanılıb. 6 il axtarışda olan R. Həmzətov artıq Azərbaycana ekstradisiya olunub və onun barəsində açılmış cinayət işinin icrasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR