Bank Of Baku

Zakir Nəsirovun kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb

Zakir Nəsirovun kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb
# 14 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ali Məhkəmədə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun kassasiya şikayətinə baxılıb. Bu barədə APA-ya Z. Nəsirovun vəkili Adil İsmayılov məlumat verib. Hakim Müzəffər Ağazadənin sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib. Proses oktyabrın 21-dək təxirə salınıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov, sözügedən idarənin şöbə rəisi Kamil Sədrəddinov, həmin idarənin baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədov, onun bacısı oğlu Elçin Əliyev, Nizami Abdullayev, Elşən Mirzəyev, Nişad İsmayılov və iş üzrə zərərçəkənlərin bir qismi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriblər.
Xatırladaq ki, Z.Nəsirov, K.Sədrəddinov, H.Məmmədov və digərləri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR